Data ilə işləməyi komandanıza öyrədirik
Araşdırma metodologiyasından praktiki analitikaya — real layihələr üzərində qurulmuş korporativ və fərdi təlimlər.
Araşdırma metodologiyasından praktiki analitikaya — real layihələr üzərində qurulmuş korporativ və fərdi təlimlər.
Dünya İqtisadi Forumunun “Future of Jobs 2025” hesabatına görə, süni intellekt və big data ən sürətlə artan bacarıqlar sırasında birinci yerdədir, analitik düşüncə isə işəgötürənlərin 70%-nin vacib saydığı əsas kompetensiyadır. Azərbaycanda isə Dünya Bankı və Asiya İnkişaf Bankının (ADB) araşdırmaları işəgötürənlərin ən çox təqdimat (58%) və effektiv ünsiyyət (50%) bacarıqlarında çatışmazlıq gördüyünü təsdiqləyir.
DataNest təlim proqramları məhz bu boşluqları hədəfləyir: hər proqram real biznes datası üzərində praktiki işə, ölçülə bilən nəticələrə və iştirakçının öz iş kontekstinə uyğunlaşdırılmış tapşırıqlara əsaslanır. Aşağıda 5 proqramın hər biri haqqında ətraflı məlumatı — müddət, sillabus və gözlənilən nəticələri — tapa bilərsiniz.
Proqram texniki bilik tələb etmədən süni intellekt alətlərini gündəlik iş proseslərinə inteqrasiya etməyi öyrədir: mətn və sənəd işi, məlumat axtarışı və yoxlanışı, sadə data təhlili, avtomatlaşdırma. Hər iştirakçı öz vəzifəsinə uyğun real iş ssenarisi üzərində işləyir və təlimi hazır tətbiq nümunəsi ilə bitirir.
| 1 |
Süni intellektə giriş: nə bacarır, nə bacarmır
Generativ AI-ın iş prinsipi · LLM anlayışı sadə dildə · imkanlar və məhdudiyyətlər · halüsinasiya problemi
|
4 saat |
| 2 |
Prompt mühəndisliyi və praktiki alətlər
Effektiv prompt strukturu · rol, kontekst, format texnikaları · mətn, cədvəl və sənədlərlə iş · alətlərin müqayisəsi
|
4 saat |
| 3 |
AI ilə data təhlili və vizuallaşdırma
Excel/CSV datasının AI ilə təhlili · xülasə və trend çıxarılması · sadə qrafiklərin hazırlanması · nəticələrin yoxlanışı
|
4 saat |
| 4 |
Etika, təhlükəsizlik və tətbiq layihəsi
Məxfi məlumatlarla iş qaydaları · fərdi məlumatların qorunması · departament üzrə tətbiq ssenarisinin müdafiəsi
|
4 saat |
Proqram iştirakçını data analitikasının tam dövrü ilə tanış edir: datanın toplanması və təmizlənməsindən başlayaraq təhlil, vizuallaşdırma və qərar dəstəyinə qədər. Praktika Excel və Power BI üzərində qurulur, SQL-in əsasları isə data mənbələri ilə müstəqil işləmək üçün verilir. Yekun layihə iştirakçının öz şirkət datası (və ya ona uyğun model data) üzərində interaktiv dashboard hazırlamasıdır.
| 1 |
Data analitikasına giriş və analitik təfəkkür
Data növləri · metrika və KPI anlayışı · analitik sualın düzgün qoyuluşu · tipik təhlil səhvləri
|
3 saat |
| 2 |
Excel ilə data hazırlığı
Datanın təmizlənməsi · dublikat və boşluqların idarəsi · Power Query ilə transformasiya
|
3 saat |
| 3 |
Excel ilə təhlil
Pivot cədvəllər · lookup funksiyaları · şərti təhlil · ssenari modelləşdirmə
|
3 saat |
| 4 |
Statistikanın əsasları
Orta, median, yayılma · korrelyasiya və səbəbiyyət fərqi · seçmə və reprezentativlik · trend təhlili
|
3 saat |
| 5 |
SQL əsasları
SELECT, WHERE, GROUP BY · cədvəllərin birləşdirilməsi (JOIN) · praktiki sorğu məşqləri
|
3 saat |
| 6 |
Power BI: data modeli və vizuallaşdırma
Data mənbələrinin qoşulması · model qurulması · vizual seçimi qaydaları · DAX-a giriş
|
3 saat |
| 7 |
Power BI: interaktiv dashboard
Filter və slicer-lər · drill-down · KPI kartları · dashboard-un paylaşılması
|
3 saat |
| 8 |
Yekun layihə: datadan qərara
Öz datası üzərində tam dövr · dashboard təqdimatı · tövsiyələrin müdafiəsi · fərdi rəy
|
3 saat |
Azərbaycanda işəgötürənlərin ən çox qeyd etdiyi bacarıq boşluğu təqdimat və ünsiyyətdir. Bu proqram iki bacarığı bir yerdə inkişaf etdirir: analitik nəticəni düzgün vizual formaya salmaq və onu auditoriya qarşısında inandırıcı təqdim etmək. Hər sessiyada iştirakçılar kamera qarşısında çıxış edir və fərdi rəy alır.
| 1 |
Hekayə strukturu və auditoriya təhlili
Kontekst–konflikt–həll modeli · auditoriyanın “nə üçün” sualı · əsas mesajın bir cümlədə ifadəsi · executive summary məntiqi
|
4 saat |
| 2 |
Data vizuallaşdırması və slayd dizaynı
Qrafik seçimi qaydaları · rəng və vurğu · cədvəl-qrafik balansı · yanıltıcı vizualların tanınması · slayd minimalizmi
|
4 saat |
| 3 |
Canlı təqdimat praktikumu
Səs, temp, bədən dili · kamera qarşısında çıxış · sual-cavab idarəsi · fərdi video-analiz və rəy
|
4 saat |
Proqram HR mütəxəssislərinə işə qəbul, işçi dövriyyəsi, engagement və performans datasını toplamaq, təhlil etmək və rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək bacarığı verir. Bütün məşqlər real HR ssenariləri üzərində aparılır: dövriyyənin maliyyə dəyərinin hesablanması, exit-müsahibə datasının təhlili, engagement sorğusunun dizaynı və nəticələrin şərhi.
| 1 |
HR metrikaları sistemi
Metrika xəritəsi: recruitment → retention · benchmark anlayışı · dövriyyənin maliyyə dəyəri · HR datasının mənbələri
|
4 saat |
| 2 |
Sorğu dizaynı və keyfiyyət datası
Engagement sorğusunun qurulması · şkala seçimi · exit-müsahibə təhlili · keyfiyyət datasının kodlaşdırılması
|
4 saat |
| 3 |
HR datasının kəmiyyət təhlili
Seqmentasiya (departament, stayj, yaş qrupu) · trend və mövsümilik · korrelyasiya təhlili · proqnoz göstəriciləri
|
4 saat |
| 4 |
HR dashboard və rəhbərliyə hesabat
Dashboard strukturu · aylıq hesabat şablonu · data məxfiliyi və etika · yekun keys müdafiəsi
|
4 saat |
Yığcam intensiv proqram rəhbərlərə iki sual üzərində işləməyi öyrədir: komandadan hansı datanı tələb etməli və gələn təhlili necə sorğulamalı. Texniki alət öyrədilmir — fokus qərarvermə keyfiyyəti, koqnitiv yanılmalar və komandada data mədəniyyətinin qurulmasıdır. Format: qısa nəzəriyyə, real biznes keysləri və qrup diskussiyaları.
| 1 |
Qərarvermə keyfiyyəti və koqnitiv yanılmalar
İntuisiya vs data · confirmation bias, anchoring, survivorship · “yaxşı sual” çərçivəsi · keys təhlili
|
4 saat |
| 2 |
Data mədəniyyətinin qurulması
Təhlili sorğulama texnikası · metrik icmal ritualı · hipotez → test → qərar dövrü · fərdi tətbiq planı
|
4 saat |
Şirkətinizin ofisində və ya seçdiyiniz məkanda, yalnız sizin komanda üçün. Məzmun şirkətin datası və sektoru üzrə uyğunlaşdırılır.
Zoom/Teams üzərindən canlı sessiyalar, yazı ilə birlikdə. Regional ofislər və hibrid komandalar üçün optimal.
Nəzəri hissə online, praktikum və yekun layihə müdafiəsi əyani. Vaxt itkisini minimuma endirir.
Hər proqramın sonunda iştirakçılar DataNest sertifikatı alır. Sertifikat yekun layihənin uğurlu müdafiəsi və sessiyaların ən azı 80%-də iştirak şərtilə verilir.
Ehtiyaclarınıza uyğun korporativ təlim planı hazırlayaq.