HAQQIMIZDA

DataNest haqqında

Bu sahədə qərarlar çox vaxt təcrübə və rəy əsasında verilir. Biz əvvəlcə ölçürük — bazar araşdırmasından proses optimizasiyasına qədər qərar eyni yerdən başlayır: rəqəmdən.

KİMİK

DataNest nə iş görür

DataNest məlumatı toplamaqla kifayətlənmir — onu strukturlaşdırır, analiz edir və biznesinizin qərar verə biləcəyi aydın nəticələrə çevirir. Daxili məlumatlarınızı sahədən topladığımız bazar datası ilə birləşdirərək tam mənzərə yaradırıq.

Adımızdakı «Nest» (yuva) elə bu yanaşmanı ifadə edir: bütün məlumat axınları bir mərkəzdə toplanır, orada analiz olunur və qərara çevrilir.

Bazarı, şirkətin öz datasını, komandanı və prosesləri ölçürük. Metodlar fərqlidir, prinsip eynidir: əvvəlcə ölç, sonra qərar ver.

DƏYƏRLƏRİMİZ

Nəyə söykənirik

Fakt, fərziyyə yox

Hər nəticə real datadan doğur. Rəy deyil, sübut təqdim edirik.

Şəffaf metodologiya

Hansı metodla, hansı seçmə üzərində və hansı xəta payı ilə işlədiyimizi hesabatda açıq göstəririk.

Qərara çevrilən nəticə

Hesabat rəfdə qalmasın deyə, konkret addımlara çevrilən tövsiyələr veririk.

İSTİQAMƏTLƏR

Nəyi ölçürük

Dörd istiqamətdə işləyirik. Hər birində eyni sual var: bu qərarın arxasında hansı rəqəm dayanır? Dəyişən yalnız alətdir.

Bazar araşdırması

Nəyi ölçürük: bazarın həcmi, müştəri davranışı və məmnuniyyət səviyyəsi.

Alət: nümunə həcmi və xəta payı əvvəlcədən hesablanır; CATI, onlayn anket və üzbəüz sorğu, gündəlik sahə nəzarəti ilə.

Ətraflı →

Data analitika və təhlil

Nəyi ölçürük: şirkətin öz sistem datası — satış, müştəri və əməliyyat göstəriciləri.

Alət: datanın təmizlənməsi və seqmentasiyası, reqressiya və proqnoz modelləri, Power BI panelində canlı izləmə.

Ətraflı →

İnsan resursları konsultasiyası

Nəyi ölçürük: faktiki iş yükü, komandanın səriştə səviyyəsi və təlim ehtiyacı.

Alət: iş vaxtının ölçülməsi, səriştə şkalası üzrə qiymətləndirmə, eNPS və struktur müsahibələr.

Ətraflı →

Proses optimizasiyası

Nəyi ölçürük: prosesin real icra müddəti, dar boğazlar və risklər.

Alət: xronometraj, proses xəritəsi, RACI məsuliyyət modeli, ehtimal × təsir risk matrisi.

Ətraflı →

PROSES

Necə işləyirik

01

Brif və dizayn

Məqsəd, əhatə dairəsi, metod və ölçmə parametrləri razılaşdırılır. Alət hazırlanır və kiçik pilotdan keçirilir.

3–5 gün
02

Ölçmə

Data toplanır — sahə sorğusu, sistem datası, müşahidə və ya xronometraj, layihənin tipindən asılı olaraq. Gündəlik irəliləyiş hesabatı və keyfiyyət göstəriciləri sizinlə paylaşılır.

2–4 həftə
03

Analiz

Data təmizlənir, uyğun statistik analizdən keçirilir və nəticəyə təsir edən əsas amillər müəyyən olunur.

1–2 həftə
04

Təqdimat

Hesabat təhvil verilir və canlı sessiyada nəticələr birlikdə müzakirə olunur.

1 gün

NÖVBƏTİ ADDIM

Layihənizdən danışaq

Məqsədinizi deyin — metod, əhatə və müddət üzrə konkret təklif hazırlayaq.

Təklif alın