DATA ANALİTİKA
Məlumat var, cavab yoxdur
Şirkətlərin çoxunda data artıq toplanır — satış sistemində, CRM-də, mühasibatlıqda. Problem toplamaqda deyil, ondan qərar çıxarmaqdadır.
DATA ANALİTİKA
Şirkətlərin çoxunda data artıq toplanır — satış sistemində, CRM-də, mühasibatlıqda. Problem toplamaqda deyil, ondan qərar çıxarmaqdadır.
NƏ EDİRİK
Hansı data var, hansı keyfiyyətdə və hansı boşluqlarla. Hər təhlildən əvvəlki ilk addım — çünki səhv data səhv qərar deməkdir.
Əl ilə yığılan Excel hesabatları Power BI paneli ilə əvəz olunur. Göstəricilər özü yenilənir, kəsimləri özünüz edirsiniz.
Nə baş verdi: satış dinamikası, kanal və məhsul performansı, müştəri davranışının zaman üzrə dəyişməsi.
Niyə baş verdi: hansı amilin nəticəyə nə qədər töhfə verdiyi reqressiya ilə ölçülür. Korrelyasiya ilə səbəb qarışdırılmır.
Nə gözlənilir: tələb və satış proqnozu, müştəri itkisi riski, mövsümi dalğalanmanın modelləşdirilməsi.
Baza davranışa görə qruplara bölünür (RFM, klaster analizi). Hər seqment üçün ayrı yanaşma qurulur.
NƏTİCƏ
NÖVBƏTİ ADDIM
Mövcud məlumatınızı qısa auditdən keçirib nə çıxara biləcəyimizi göstərək.