DATA ANALİTİKA

Məlumat var, cavab yoxdur

Şirkətlərin çoxunda data artıq toplanır — satış sistemində, CRM-də, mühasibatlıqda. Problem toplamaqda deyil, ondan qərar çıxarmaqdadır.

NƏ EDİRİK

Xidmət imkanları

Data auditi

Hansı data var, hansı keyfiyyətdə və hansı boşluqlarla. Hər təhlildən əvvəlki ilk addım — çünki səhv data səhv qərar deməkdir.

Hesabat və idarəetmə paneli

Əl ilə yığılan Excel hesabatları Power BI paneli ilə əvəz olunur. Göstəricilər özü yenilənir, kəsimləri özünüz edirsiniz.

Təsviri analitika

Nə baş verdi: satış dinamikası, kanal və məhsul performansı, müştəri davranışının zaman üzrə dəyişməsi.

Diaqnostik analitika

Niyə baş verdi: hansı amilin nəticəyə nə qədər töhfə verdiyi reqressiya ilə ölçülür. Korrelyasiya ilə səbəb qarışdırılmır.

Proqnoz modelləri

Nə gözlənilir: tələb və satış proqnozu, müştəri itkisi riski, mövsümi dalğalanmanın modelləşdirilməsi.

Müştəri seqmentasiyası

Baza davranışa görə qruplara bölünür (RFM, klaster analizi). Hər seqment üçün ayrı yanaşma qurulur.

NƏTİCƏ

Layihənin sonunda nə alırsınız?

  • Təhlil hesabatı — nəticələr, qrafiklər və konkret tövsiyələr
  • Power BI dashboard — kəsimləri özünüz edə bilərsiniz
  • Təmizlənmiş data bazası — kod kitabı ilə birlikdə
  • Metodoloji qeyd — hansı üsulla və hansı fərziyyələrlə işlədiyimiz
  • Təqdimat sessiyası — nəticələrin canlı müzakirəsi

NÖVBƏTİ ADDIM

Datanızda nə olduğuna birlikdə baxaq

Mövcud məlumatınızı qısa auditdən keçirib nə çıxara biləcəyimizi göstərək.

Təklif alın