İNSAN RESURSLARI
HR qərarları rəyə yox, ölçüyə söykənsin
«Bu şöbəyə daha bir nəfər lazımdır», «komandaya satış təlimi lazımdır» — belə qərarlar adətən təcrübə və hisslə verilir. Biz onları ölçülə bilən əsasa qoyuruq.
İNSAN RESURSLARI
«Bu şöbəyə daha bir nəfər lazımdır», «komandaya satış təlimi lazımdır» — belə qərarlar adətən təcrübə və hisslə verilir. Biz onları ölçülə bilən əsasa qoyuruq.
NƏ EDİRİK
Komandanın mövcud səriştə səviyyəsi ölçülür, tələb olunanla müqayisə edilir, boşluqlar prioritetləşdirilir. Nəticə: hansı təlim, kimə, hansı ardıcıllıqla.
Hər vəzifə üçün tələb olunan səriştələr, onların davranış göstəriciləri və qiymətləndirmə şkalası. İşə qəbul, qiymətləndirmə və inkişaf planı üçün vahid dil.
Faktiki iş vaxtı ölçülür, yük vəzifələr üzrə paylanır. Ştat sayı rəqəmlə əsaslandırılır — həm çatışmazlıq, həm artıqlıq görünür.
eNPS və bağlılıq sorğusu, anonimlik təminatı ilə. Nəticələr şöbə, vəzifə və staj kəsimində — problemin harada olduğu görünür.
Vəzifələr üzrə ölçülə bilən göstəricilər — nəyin ölçüldüyünün davranışa necə təsir edəcəyi nəzərə alınmaqla.
Dövriyyə, işə qəbul hunisi və davamiyyət göstəricilərinin təhlili: rəqəmin arxasındakı səbəbin müəyyən edilməsi.
NƏTİCƏ
NÖVBƏTİ ADDIM
Hansı sualın cavabını axtardığınızı deyin — uyğun ölçmə metodunu birlikdə seçək.